Azərbaycanın estrada, muğam və opera sənətinin zirvəsi — Flora Kərimova xanım Azərbaycan Respublikasının ilk Xalq artistidir. Dörd oktavanı aşan əfsanəvi səsi ilə o, yalnız musiqiçi deyil, həm də vətənpərvərliyin, ədalətin və dözümün simvoluna çevrilmişdir.
Sovet dövründə dəfələrlə qadağalarla üzləşən, ancaq heç vaxt sənətindən əl çəkməyən Flora xanım — bizim üçün sənətin əsl mənasını təcəssüm etdirir. Artmosfer onun ruhu ilə yaşayan Azərbaycan incəsənətini gələcəyə daşımaq üçün yaradılıb.